Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdə keçirilən Əmək yarmarkaları noyabrın 7-də Mingəçevir şəhərində davam etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkada işsiz və işaxtaran vətəndaşlara şəhər ərazisində fəaliyyət göstərən 36 müəssisə üzrə 201 boş (vakant) iş yeri təqdim edilib. Təqdim olunan boş iş yerlərinin 123-ü qulluqçu, 78-i fəhlə peşələri üzrə olub. Tədbirə çıxarılan boş iş yerlərində əmək haqqı 105-715 manat arasında dəyişib.
Yarmarkada boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Tədbirin nəticəsi kimi 54 nəfərə boş iş yerlərinə göndəriş verilib, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 2 nəfər kvota üzrə ayrılmış iş yerlərinə göndərişlə təmin edilib.
Mənbə: ANS PRESS