Qadin.NET / Rövnəq Abdullayev göstəriş verdi

Rövnəq Abdullayev göstəriş verdi

 

Rövnəq Abdullayev göstəriş verdi

"Dəniz yataqlarındakı estakadaların texniki vəziyyətinə nəzarəti gücləndiriləcək". ANS PRESS-in məlumatına görə, bu barədə “Neft Daşları” yatağında keçirilən tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib. O qeyd edib ki, dünən estakadada baş vermiş qəzadan sonra müvafiq göstərişlər verib: "Estakada hər hansı nasazlıq varsa neft hasilatı dayandırılmalıdır. Yalnız nasazlıq tam aradan qaldırıldıqdan sonra iş prosesi bərpa oluna bilər". ARDNŞ prezidenti söyləyib ki, "Neft Daşları" yatağında köhnə estakadaların təmiri və yenilərinin tikintisi həyata keçirilib. Qeyd edək ki, ARDNŞ rəhbərliyi tədbir çərçivəsində dünən dünyasını dəyişimiş N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin işçilərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

 

Mənbə: ANS PRESS 

7 noyabr 2014
GO BACK