Qarşıdan gələn qeyri-iş günlərində ölkə ərazisində qeyri-sabit hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, noyabrın 8-i Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq. Hava əsasən yağmursuz keçəcək. Səhər zəif duman gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur, mülayim cənub küləyi əsəcək. Noyabrın 9-u və 10-u da da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava üstünlük təşkil edəcək, arabir tutulacaq. Noyabrın 9-u gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Noyabrın 10-da isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu axşam saatlarında 4-7, gündüz 13-17 dərəcə olacaq. Rayonlarda şəhbə günü əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Aran rayonlarında gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlıq ərazilərdə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 11-16 dərəcə isti olacaq. Noyabrın 9-u və 10-u da hava əsasən yağmursuz olsa da, gecə və səhər bəzi yerlərdə duman olacaq. Aran rayonlarında gecə 2-7, gündüz 14-19 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxta, 3 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
Mənbə: ANS PRESS