Qadin.NET / Azərbaycanla bağlı bədbin proqnoz

Azərbaycanla bağlı bədbin proqnoz

 

Azərbaycanla bağlı bədbin proqnoz

"Dünyanın əmtəə və maliyyə bazarlarında gedən proseslər Azərbaycanın da strateji ehtiyatlarına zərbə vurur". ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb: "Azalma beynəlxaq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi $17,783 milyardan $17,443 milyarda düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə $233,19 milyondan $238,29 milyona düşüb", - deyə mütəxəssis söyləyib. Ekspert güman edir ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dollar isə digər valyutalar nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsiri göstərəcək.

 

Mənbə: ANS PRESS 

7 noyabr 2014
GO BACK