Qadin.NET / Girovlarımızla yeni görüş

Girovlarımızla yeni görüş

 

Girovlarımızla yeni görüş

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, sayca 6-cı olan başçəkmə noyabrın 5-də baş tutub. BQXK-nın nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailə məlumatları çatdırıb və onlardan da ailələri üçün məlumat alınıb. İ. Hüseynova qeyd edib ki, BQXK öz mandatına uyğun olaraq saxlanılan şəxslərlə görüşləri davam etdirəcək. Komitə nümayəndəsi deyib ki, BQXK saxlanılan şəxslərin məhkəmə prosesi barədə şərh vermir və məhkəmədə iştirak etmir: "BQXK məhkəmə prosesi ilə bağlı məlumat mənbəyi deyil". Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

 

Mənbə: ANS PRESS 

7 noyabr 2014
GO BACK