Qadin.NET / Dövlət Neft Şirkətinin işçiləri təltif edildilər

Dövlət Neft Şirkətinin işçiləri təltif edildilər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Milli.Az AzerTac-a istinadən bildirir ki, sənəddə deyilir: 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
“Neft Daşları”nın 65 illiyi münasibətilə yatağın işlənməsində xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Abduyev Əhəd Əhməd oğlu.

“Tərəqqi” medalı ilə
Ağayev İlqar Hilal oğlu

Əfəndiyev Eldar Musa oğlu
Hacıyev Məhərrəm Məmmədyar oğlu
Musayev Mirsədir Məmməd oğlu
Yaqubov Natik Alı oğlu".

Mənbə: Milli.Az

 

7 noyabr 2014
GO BACK