Almaniya Meklenburq-Şimali Pomeraniya əyalətinin İker-Randov bölgəsindəki 31 000 hind toyuiğunun olduğu fermada H5N8 (quş qripi) virusu aşkarlanıb. ANS PRESS-in məlumatına görə, əyalət Kənd Təsərrüfatı, Ekologiya və İstehlakçının Müdafiəsi (KTEİM) nazirliyi faktla bağlı açıqlama yayıb. Nazirlik rəsmisi bu virusa indiyə qədər Asiyada, xüsusilə Cənubi Koreyada təsadüf edildiyini, Almaniyaya necə gəldiyini bilmədiklərini bəyan edib. Dərhal operativ tədbirlərə başlayan dövlət rəsmiləri fermanın 3 ilə 10 km radiusunda müşahidə bölgəsi yaradıldığını, 50 km radiusda isə ev quşlarının hindən çıxarılmaması barədə qərar qəbul olunduğunu bildirib. KTEİM naziri Till Bahus virusun həmin ferma ilə məhdud qalacağını güman etdiklərini, 3 km radiusda olan bütün ev quşlarının məhv ediləcəyini bildirib. Məhv etmə işinin bu gün başlayacağını deyən nazir, bu işin sabaha qədər davam edəcəyini qeyd edib. Bu günə qədər heç bir insanın bu virusa yoluxmadığını deyən rəsmilər bildirib ki, həmin virusa vəhşi çöl quşlarında da rast gəlinməyib.
Mənbə: ANS PRESS