Qadin.NET / Türkiyədən ermənilərə "qırmızı işıq"

Türkiyədən ermənilərə "qırmızı işıq"

 

Türkiyədən ermənilərə "qırmızı işıq"

Türkiyənin onun babalarına və millətinin adına yalandan yazdırılmaq istənilən "erməni soyqırımı"nı tanıması mümkün deyil. ANS PRESS-in məlumatına görə, bunu ölkə parlamentinin Xarici əlaqələr komitəsində çıxışı zamanı Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib. O, 1915-ci ildə baş verən hadisələrlə bağlı danışıb və deyib ki, biz hər zaman tarixdə baş verənlərin araşdırılmasının tərafdarı olmuşuq. Bu məsələni tanımaq heç kimin ağlına gəlməsin: "Biz bunu hər dəfə vurğulayırıq."Türkiyənin XİN rəhbəri insan hüquqları üzrə Avropa məhkəməsində "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə məhkəmə prosesinə toxunub, bu məsələnin diqqət mərkəzində saxlanıldığını söyləyib.

 

Mənbə: ANS PRESS 

7 noyabr 2014
GO BACK