Almaniyada qatar sürücülərinin həmkarlar ittifaqı GDL dövlətin dəmir yolları operatoru olan “Deutsche Bahn” şirkətinə qarşı 4 günlük tətil elan edib. Sürücülər maaşlarının 5 faiz artırılmasını və iş həftəsinin 39 saatdan 37 saata salınmasını tələb edirlər. Qeyd edək ki, Almaniyanın dəmiryollarında 196 min işçi var. GDL onların 20 minini əhatə edir. “Deutsche Bahn” isə hər gün 5,5 milyon sərnişin və 620 min ton yük daşıyır.
Mənbə: ANS PRESS