Türkiyədə daha bir mədən faciəsi yaşanıb. ANS PRESS-in məlumatına görə, Elazığın Alacakaya mahalında xrom mədənində işçilərin üzərinə qaya parçası düşməsi nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Məlumata görə, mədənin təxminən 300 metr içərisində traktorla iş görən işçilərin üzərinə qaya parçası düşüb. Qayanın altında qalan işçilərdən Hacı Aygül hadisə yerindəcə keçinib. Qaya parçası altında qalan Ahməd Şengül təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə ilə bağlı təhqiqatlara başlanılıb.
Mənbə: ANS PRESS