İtaliyalı Fabiola Cianotti Avropa Nüvə Tədqiqatları Mərkəzinə (fransızca Conseil Européen pour la Recherche Nucléaire - CERN) yeni rəhbər seçilib. Onun bu vəzifəyə təyinatı ilə bağlı qərar noyabrın 4-də mərkəzin İdarəetmə Şurası tərəfindən qəbul edilib.Qərar rəsmən cari ilin sonunadək təsdiq ediləcək. Bunun baş verəcəyi təqdirdə onun 2016-cı ildən vəzifə səlahiyyətlərinin icrasına başlayacağı gözlənilir.F.Cianottinin qiymətləndirməsinə görə, CERN dünya alimləri üçün elmi təkmilləşdirmə mərkəzi, fəxr və ilham mənbəyidir.Milli.Az İCTnevs-a istinadən bildirir ki, tərkibinə Böyük Adron Kollayderinin (BAK) daxil olduğu nəhəng fiziki laboratoriyanın rəhbəri vəzifəsini ilk dəfə qadın tutacaq. Vəzifədə CERN-ə 2009-cu ildən rəhbərlik edən Rolf Hoyeri əvəz edəcək italiyalı alim elmlər doktoru və məşhur pianoçudur.2009-cu ildə F.Cianotti BAK-da aparılan dörd əsas sınaqlardan biri ATLAS-a başçılıq etməyə başlayıb. Tədqiqatda dünyanın 35 ölkəsinin 165 laboratoriyasının iki mindən çox alim və mühəndisi iştirak edib. Sınağın məqsədi Hiqqs bozonu və Standart Model hissəciklərinin supersimmetrik tərəfdaşları kimi çox ağır elementar hissəciklərin axtarışı olub.1987-ci ildən CERN-də çalışan F.Cianotti BMT baş katibi yanında bu yaxınlarda yaradılan elmi məsələlər üzrə Məşvərətçi Şuranın üzvüdür. O, 2012-ci ildə Time jurnalının İlin adamı reytinqində birinci yeri tutub və 2013-cü ildə Forbes jurnalının versiyasına görə, dünyanın yüz ən nüfuzlu qadını siyahısına daxil olub.Qeyd edək ki, elementar hissəciklər fizikası sahəsində tədqiqatlarla məşğul olan dünyanın nəhəng təşkilatı 1954-cü ildə 12 iştirakçı ölkə tərəfindən təsis edilib. Hazırda CERN-də müxtəlif ölkələri təmsil edən 90 fizik çalışır.Cenevrə yaxınlığında – İsveçrə və Fransa sərhədində yerləşən təşkilat iştirakçı dövlətlər tərəfindən maliyyələşdirilir. Əsas sponsorlar arasında Almaniya, Fransa və Böyük Britaniya yer alıb.