Auternet – senzurasız və peyk sistemi vasitəsilə planetin bütün sakinlərinə ödənişsiz əlçatan olacaq təmiz internet yaratmaq cəhdidir.Təmiz dedikdə o nəzərdə tutulur ki, Auternetin məzmunu yalnız vacib informasiya, xəbərlər və dərsliklərdən ibarət olacaq. Bu, peyk vasitəsilə məlumatların ötürülməsinin yüksək qiyməti ilə bağlıdır. Auternet, demək olar ki, birtərəfli radiodur. Yalnız radio dalğalarının əvəzinə rəqəmli informasiya yayılacaq.Milli.Az İCT nevs-a istinadən bildirir ki, əslində Auternetin strukturunu anlamaq hələ ki çətindir. Onu eyni zamanda həm təhsil vəsaitlərinin mənbəyi, həm də xəbərlərin yayılması üçün vasitə kimi istifadə etmək istəyirlər.Auternetin məzmununu senzuradan keçirmək mümkün deyil. Bütün məlumatlar peyklərdən ötürülür və xüsusi qurğunun köməyi ilə yüklənə bilər. Qurğu məlumatları peykdən qəbul edir və bundan sonra yerli miqyasda onu Wi-Fi texnologiyasının köməyi ilə yenidən yayımlayır.