Bu yaxınlarda fransalı alimlər QİÇS-ə qarşı dərman hazırldıqlarını bəyan etmişdilər. Növbəti sensasiya isə xərçəngə qarşı dərmandır. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, britaniyalı alimlər xərçəngin dərmanını tapdıqlarını iddia edirlər.Lids universitetinin alimlərinin kəşf etdikləri bu dərman xərçəng xəstəlikləri zamanı ölümə səbəb olan metastazın inkişafının qarşısını alır. Dərmanın yaradılmasında əsas isə dəniz süngəridir.İlkin tədiqatlar xərçəngə qarşı mübarizə ilə bağlı ümidlər verir. Xərçəng çox ağır xəstəlik olduğu üçün bu dərman əlavə vaxt udmağa imkan verir.
Mənbə: Milli.Az