Qadin.NET / Türkiyəyə getmək istəyənlərin nəzərinə

Türkiyəyə getmək istəyənlərin nəzərinə

 

Türkiyəyə səfər edən əcnəbi vətəndaşın pasportunun etibarlılıq müddəti bu ölkəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır. Bu barədə Trend-RİA Novosti-yə istinadən məlumat verir. 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, müvafiq qanun gələn il yanvarın 1-də qüvvəyə minəcək.
Nazirlikdən deyiblər ki, hazırda Türkiyəyə səfər etmək üçün xarici pasport səfər başa çatanadək 3 ay etibarlı olmalıdır, əgər pasport səfərin sonunadək etibarlı idisə, de-fakto kifayət edirdi: "Gələn il yanvarın 1-dən xarici pasportun etibarlılıq müddəti Türkiyəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır".
Mənbə: Milli.Az

 

7 noyabr 2014
GO BACK