Bu narahatlıq, əsasən, psixotik narahatlıqlarla, çox nadir halda isə psixotik olmayan hallarla birlikdə müşahidə edilə bilər. Narahatlıq şəxsin bir hadisə qarşısında bu hadisənin fərqli formada inkişaf edə biləcəyini düşünməsiylə, sərhədsiz növlərə ayırdığı xəyal məhsulu düşüncələrdən meydana gəlir.
Çox zaman xalq arasında həddən artıq şübhəçi insanlara da paranoik deyilir. Belə insanlar mütəmadi olaraq öldürüləcəkləri ilə bağlı fikirlər düşünər, narahat yaşayarlar. Şəxsin özünü narahat edən bu narahatlıqlar ətrafdakı insanlara da öz təsirini göstərir. Mənasız düşüncələrin reallığa çevriləcəyi fikri bu insanlar üçün hər zaman problem yaradır. Bu narahatlıqlar xəstəliyi xarakterizə edən tək əlamətlərdir. Xəstələrin tək bir problemlə bağlı düşüncələri olur. Xəstəlikdə izlənilmə, qısqanclıq, xəstələnmə, zəhərlənmə, aldadılma kimi əsası olmayan sayıqlamalar var. Bununla yanaşı paranoik xəstələr davranışları ilə də diqqət çəkirlər. Xəstəlik adətən 30-40 yaşlarından sonra müşahidə edilir.
Psixiatr İkram Rüstəmov deyir ki, xəstəlik genetik olaraq 10 faiz müşahidə edilər bilər. Müalicəyə qarşı müqavimətli və irəliləyici xüsusiyyətli bir xəstəlikdir. "Paranoik insanlar bütün həyatı boyunca xarakterləri, şəxsiyyətləri ilə əlaqəli bir narahatlığa sahib olurlar. Belə şəxslərlə mbahisəyə girmək məsləhət görülmür".
Çox zaman belə xəstələrə problemlərini xatırladanda qarşılarındakı insanı düşmən kimi görürlər. Paranoik xəstələri müəyyən etmək üçün onlara diqqət yetirmək kifayətdir. Çünki xəstələr mütəmadi olaraq ətraflarında baş verənlərə nəzarət edərək, onlara qarşı edilən davranışları kəşf etməyə çalışır. Belə ki, o bu müddət ərzində sayıqlamalarını yaradır və onları dəstəkləyən halları təyin edir: "Xəstəliyin persekusuya dövrü sayıqlamaların ortaya çıxdığı dövrdür. Bu dövrdə xəstə öldürülməsindən qorxursa, özünü, itirməyə nəyisə varsa, onu qorumağa çalışır. Xəstəliyin bu dövründə xəstə yollarını dəyişir və ya başqa yerə köçür. Olduqları yerdə qapı-pəncərəyə diqqət edər, ətrafda dinləmə cihazı axtararlar. Bir müddət sonra xəstədə böyüklük sayıqlama dövrü başlayır. Xəstə bu dövrdə özünü böyük görür, başqalarını istiqamətləndirən hesab edir və bu səbəblə də ona paxıllıq edildiyini düşünür. Xəstədə diqqət və yaddaş bu dövrdə daha güclü olur".
Paranoik insanların həyatının çox hissəsi məhkəmələrdə keçir. Çox zaman onlar haqlarının tapdandığını və ya onlara sui-qəsd hazırlandığını iddia edərlər. Zaman keçdikcə xəstədə müxtəlif problemlər ortaya çıxır. Edilmiş kəşflərdən birinin ona aid olduğunu düşünür və ya nəsə gərəksiz bir şeyin kəşfini isbatlamaq üçün zaman sərf edər.
Müsahibimiz bildirir ki, cəmiyyət üçün ən böyük təhlükə böyüklük paranoyasıdır. Çünki bu zaman xəstələr Həzrəti Mehdi, peyğəmbər və ya insanları qurtacaq biri olduqlarını iddia edərlər. Bu təlqinlərlə xəstələr ətrafına çox insan yığa bilər. Şüursuz insanları arxalarınca aparıb mitinqlər təşkil edər, nümayişlər keçirərlər. Ona mane olmaq istəyənlərə zərər verə və ya təcavüz edə bilərlər. Bəzi vəziyyətlərdə bu şəxslər böyük lider mövqeyinə də gələ bilərlər:
"Ən qorxulu paranoya hallarından biri qısqanclıq paranoyasıdır. Həyat yoldaşının, sevgilisinin xəyanətini isbat etmək üçün dəlil arxasınca qaçan xəstələr hamıdan şübhələnərlər. Belə insanların həyat yoldaşları və ya sevgililəri çox ağır həyat tərzi keçirir. Qısqanclıq paranoyası cinayətə belə sövq edə bilir".
Paranoik xəstələr səbəb olmadığı halda başqaları tərəfindən aldadıldıqlarını düşünər, ətrafdakı insanların etibarına şübhə ilə yanaşarlar. Sirr verməz, normal sözlərdən belə alçadıldıqlarını düşünərlər. Haqsızlığı bağışlamazlar, qisas almağa can atarlar.
Həmsöhbətimizə görə, xəstəlik daha çox kişilərdə müşahidə edilir. Məhkumlarda, mühacirlərdə, yaşlılarda, eşitmə problemi olanlarda da paranoid fikirlər zamanla artır və müşahidə edilir.