Qadin.NET / Azərbaycandan sərt etiraz

Azərbaycandan sərt etiraz

Azərbaycandan sərt etiraz
Brüsseldə Avronest Parlament Assambleyasının Sosial Komitəsinin iclasında Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi ciddi etiraza səbəb olub. Belə ki, o, Şərq Tərəfdaş ölkələrinin Vətəndaş Cəmiyyəti Forumun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısında tanınmayan ərazilərin QHT-lərinin dəvət olunması haqqında təklif verib.ANS PRESS-in məlumatına görə, ilk reaksiya Azərbaycan nümayəndə heyətindən gəlib. Milli Məclisin üzvü, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev bu təklifin çox zərəli və sülh danışıqlarının ruhuna zidd olduğunu bildirib və belə bir addımı separatist rejimlərin stimullaşdırılması və dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qirmətləndirib.O deyib: "Heç bir legitim əsasa söykənməyən bu cür qurumların Şərq Tərəfdaşlığı ölkələri vətəndaş cəmiyyəti forumuna dəvət olunma təşəbbüsü Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənilib və bu qanunsuz addımın atılacağı təqdirdə Azərbaycan bu forumda iştirakını dayandıracaq."Belə olan halda Şərq Tərəfdaşlığı ölkələri vətəndaş cəmiyyəti forumunun məruzəçisi Mirzaişvili bu məsələnin həlli üçün konsensusun vacibliyini və Azərbaycanın mövqeyinin nəzərə alınacağını söyləyib.

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK