Bu qışa da çatmadı
Paytaxtda istiliklə təmin olunmayan 1000-dən çox bina var.ANS TV-nin məlumatına görə, hər il olduğu kimi bu il də yaşayış və qeyri-yaşayış binalarının istiliklə təchiz olunmasına bu ayın 15-dən başlanacaq. Bu səbəbdən paytaxt ərazisindəki qazanxanalarda yeni mövsümə hazırlıq işləri gedir. Bəzi qazanxanalar istismara yararsız olduğundan yenidən bərpa olunur və ən son texnaogiyalarla təchiz edilərək müasir tipli qazanxanalara çevrilir. İstiliklə təchizata ehtiyac olan binalar üçün isə yeniləri inşa olunur. Düzdür hazırda paytaxt ərazsində 1000-dən çox bina istiliklə təmin olunmayıb. Hətta bəzi yaşayış yerlərində, məsələn Naxçıvanski 18 kimi ünvanlarda 20 ildən çoxdur ki, istilik yoxdur. Buna səbəbsə binaların aşağı paylayıcı sistemlərinin bu günədək yenilənməməsidir.Amma elə ünvanlar da var ki, artıq onların istiliklə təchizat problemi öz həllini tapıb. Yasamal rayonu ərazsində ötən il inşa olunaraq istifadəyə verilən qazanxana noyabrın 15- dən ətraf ərazidəki binaları istiliklə tam təmin edəcək. Yasamal rayonu 8 saylı İstilik İstismar sahəsinin rəisi Kamran Nəsirovun sözlərinə görə, bu qazanxananın işə düşməsi nəticəsində illərdir ki mənzillərində istilik üzünə həsrət qalan 6 binanın sakinləri də qızınacaq.“Azəristiliktəchizat” ASC tərəfindən bu il inşa olunan 37 qazanxana yeni mövsümdən ətraf ərazisindəki binaları istiliklə təmin edəcək. Onların bir qismində artıq işlər başa çatıb. Yeni mövsümə hazırlıqla əlaqədar bu il 280 yaşayış binasının aşağı paylayıcı və məhlədaxili istilik xətləri tam bərpa olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Tək yaşayış binalarının deyil 15-ə yaxın məktəb, bağça səhiyyə kimi sosial obyektlərin istilik xətləri tamamilə yenidən bərpa olunub. Qurum soyuq hava şəraiti ilə əlaqədar bəzi sosial obyektləri dünəndən istiliklə təchiz edib.“Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev deyir ki, ilk növbədə uşaq və doğum evlərinin istilik sistemi ilə təmin olunmasına qərar verildiyi üçün bu qəzanxanalar artıq işə salınıb. Rafiq Əliyev başqa qazanxanaların da iş üçün tam hazır vəziyyətə gətirildiyini bildiridi. Ümumilikdə inşası başa çatan və modernləşdirilmiş qazanxanaların vasitəsi ilə bu il 3500-dən çox binanın istiltklə təchizatı nəzərdə tutulub.
Mənbə: ANS PRESS
6 noyabr 2014
GO BACK