Qadin.NET / WhatsApp-da daha bir yenilik

WhatsApp-da daha bir yenilik

 

WhatsApp-da daha bir yenilik

Facebook tərəfindən alınan WhatsApp xidmətində yeniliklər davam edir. ANS PRESS-in məlumatına görə, WhatsApp istifadəçilərinə daha bir yenilik təqdim edib.Bundan sonra bu xidmətdən istifadə edənlər rahatlıqla göndərdikləri mesajın oxunub oxunmadığını biləclər.Belə ki, əvvəllər mesaj göndərilən zaman yazının altından bir xətt çəkilirdisə, məlumatın göndərildiyi bildirilirdi. Əgər yazının altından iki xətt çəkilirdisə, məlumatın göndərilən şəxsə çatdığı bildirilirdi.İndiki yeniliyə görə isə göndərilən yazının altından mavi xətt çəkilir. Bu isə o deməkdir ki, artıq mesaj istifadəçi tərəfindən oxunub.Artıq göndərilən mesajdan sonra yuxarıda “İnfo” işarəsi yaranır. Ona toxunduqda mesajla bağlı mavi xətt yazılır. Bu da xəbərin oxunduğuna işarə edir.Bununla da, mesaj göndərilən insan onu “oxuya bilmədim”, “görmədim” kimi bəhanələr edə bilməycək.

 

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK