Yaxın 2-3 gün ərzində Azərbaycanda hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, noyabrın 7-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Səhər şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, 5-10 dərəcə isti proqnozlaşdırılır.
Mənbə: ANS PRESS