Türkiyədə 10 min dollarlıq qiyməti olan toyuqlar yetişdirilməyə başlanılıb. ANS PRESS-in məlumatına görə, qapqara rəngi olan ev quşları Aksarayda yetişdirilir. Ayam Cemani cinsi olan bu heyvanların vətəni Malayziyadır. Heyvanları ilk dəfə olaraq Türkiyəyə 27 yaşlı Teoman Bekmezci gətirib. Onun sözlərinə görə, bu cinsin xoruzlarının qiyməti 10, toyuğunun isə 5 min dollardır. "Bunlar əslində ev quşları deyil. Amma biz onları əhilləşdirmişik. Heyvanın ən böyük özəlliyi ancaq tüklərinin yox, ətinin də qara olmasıdır. Onun hətta pipiyi, gözləri, dimdiyi belə qapqaradır". Qapqara toyuğun artıq ilk cücələri satılıb. Belə ki, bu cücələrə 350-500 lira (150-220 manat) qiymət qoyulub.
Mənbə: ANS PRESS