Qadin.NET / Futbol oyununda 53:0-lıq hesab

Futbol oyununda 53:0-lıq hesab

 

Futbol oyununda 53:0-lıq hesab

İspanioyada keçirilən futbol matçında 53:0 hesabı qeydə alınıb. ANS PRESS-in məlumatına görə, bu hesab İspaniya Gənclər Liqasında keçirilən qarşılaşmada qeydə alınıb. Club Atletico Aznalcazar rəqibi Palomares Junior kollektivinin qapısından nə az, nə çox, düz 53 qol keçirib. Özü də bu qollar 68 dəqiqədə vurulub. Oyunu yarımçıq saxlayan klub rəhbərliyi Palomares Junior-un liqada mübarizəsini dayandırdığını bəyan edib. Məğlub klubun cəzalı və zədəli futbolçularının çox olması və oyuna kiçik yaş qrupundan çoxlu futbolçu cəlb etməsi məğlubiyyətin əsas səbəblərindən biri olduğu deyilir.

 

Mənbə: ANS PRESS 

6 noyabr 2014
GO BACK