Qadin.NET / Məktəbdə işləmək istəyənlərin nəzərinə

Məktəbdə işləmək istəyənlərin nəzərinə

 

Məktəbdə işləmək istəyənlərin nəzərinə

Bundan sonra paytaxtın ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müsabiqə yolu ilə keçiriləcək. ANS PRESS xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, artıq bununla bağlı müsabiqə elan edilib. Pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il pedaqoji stajı olanlar təlim-tərbiyə işləri üzrə direktor müavini, ali pedaqoji təhsili, təlim-tərbiyə sahəsində 3 il iş stajı olanlar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), ali və ya orta ixtisas təhsili olanlar (iş stajına tələb qoyulmadan) isə laborantlar üçün təşkil olunan müsabiqədə iştirak edə bilərlər. Müsabiqə 3 mərhələdən ibarət olacaq. I mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17-24 noyabr tarixlərində bakuedu.az saytında qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra II mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq, imtahandan uğurla keçən namizədlər isə III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək. Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaqdır. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacaqları nəzərdə tutulur.

 

Mənbə: ANS PRESS 

6 noyabr 2014
GO BACK