Qadin.NET / Gedişhaqqı arta bilər

Gedişhaqqı arta bilər

 

Gedişhaqqı arta bilər

Bakıda ictimai nəqliyyatda yaradılan yeni sistem qısa müddət ərzində sürücü özbaşınalığına son qoyacaq. Bu barədə Nəqliyyat Nazirliyindən ANS PRESS-ə məlumat verilib. Söhbət avtobus sürücüləri üçün yaradılacaq elektron bazadan gedir. Baza tam işə düşdükdən sonra yollarda tez-tez yaşanan sərnişin avtobuslarının iştirakı ilə qəzaların sayı hiss olunacaq dərəcədə azalacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun ANS PRESS-ə verdiyi məlumata görə, sistem vasitəsilə avtobus sürücüləri qeyqiyyata alınır. Hər bir sürücünü adına xüsusi səhifə açılır. Sistemə sürücü barədə əlavə məlumatlar, onun xəstəliyi, törətdiyi qəzalar və s. yazılır. Həmin sürücünün idarə etdiyi maşın markası və nömrə nişanı da qeydə alınır. Bu zaman sürücü ilə department əməkdaşı arasında əlavə razılaşma və digər qanunsuz əməllərə son qoyulur. Əmrah Cəfərov deyir ki, hazırda yol polisilə birgə reydlər keçirilir. Baş verən qəzalar araşdırılır. Qurum rəsmisinin sözlərinə görə, baş verən qəzaların əsas səbəblərindən biri məlum olub. “Bakıda sərnişin avtobularının qəza törtməsinin əsas səbəblərindən bir gediş haqqıların çox aşağı olmasıdır. Biz gediş haqqıların artırılması ilə bağlı Taarif Şurasına müraciət etmişik. Çox təəssüf ki, Taarif Şurasından gediş haqqıların artması məsələsinə müsbət cavab verməyiblər. Düşünürəm ki, gediş haqqıların artırılması böyük müsbət dəyişikliklərə səbəb olacaq. Gediş haqqılar 40, ən pis halda 30 qəpik olmalıdır”, - deyə Əmrah Cəfərov bildirib. Bakı nəqliyyatında vahid kart sistemi isə olmayacaq. Qurum rəsmisi deyir ki, avtobuslarda gedişhaqqının kart sisteminə keçməsində yaranan problemlərin həlli isə uzun məsələdir: “Bu uzun bir prosesdir. Burada Maliyyə Nazirliyi, İqtisadi və Sənaye Nazirliyi və bir çox şirkətlərlə əlaqədar olduğu üçün bu problemin nə zaman həll olunacağı bilinmir”. Əmrah Cəfərov deyir ki, gedişhaqqılarında vahid karta keçmək hələlik mümkün deyil: “Görünür ki, metro ilə avtobus kartlarının vahid sisteə keçməsilə bağlı isə heç vaxt razılıq əldə olunmayacaq. Hələ avtobuslarda kart sistemindəki problemlrə həll olunsun, qalsın vahid kart sisteminə keçid”. Avtobuslarda mövcud problemlər həll olunmayacaq. Ekspertlərin fikrincə isə ictimai nəqliyyatda yaranan problemlərin həlli yaxın gələcəkdə qeyri-mümkündür. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, nəqliyyatdakı problemlərin səbəbləri müxtəlifdir. Ekspertin fikrincə ən əsas səbəb nəqliyyatın düzgün idarə edilməməsidir. “Sərnişindaşıma ilə məşğul olan təşkilatlardan tutmuş, buna nəzarət edənlərə qədər heç birində normal idarəetmə yoxdur. Problemlərin həll olunması heç kimin vecinə deyil. Hamı yola verməklə məşğuldur. Heç kim işə səmimi yanaşmır. Həm daşıyıcı sahibkarlar və şirkətlər, həm də rəsmi qurumlarda kifayət qədər savadlı mütəxəsislər var. Amma bu işlə məşğul olmurlar. Demək onların marağı yoxdur”, - deyə Ərşad Hüseynov bildirib. Ekspert günü-gündən vəziyyətin daha da bərbad olduğunu deyir. Onun fikrincə, burada əsas məsələ pul amilidir: “Qanun pozulur, sərnişin-sürücü, sürücü-sahibkar münasibətləri korlanır. Yol və xidmət mədəniyyəti darmadağın olur. Lakin bu amillər heç kimin vecinə deyil. Bu dəqiqə maraq ancaq pul qazanmağadır. Bunun müqabilində heç kim keyfiyyətli və təhlükəsiz xidmət barədə düşünmür”. Nəqliyyatdakı problemləri təzə sistem yaratmaqla həll etmək mümkün deyil. Ərşad Hüseynov deyirk ki, burada çıxış yolu yeni sistem yaratmaq, təzə qanun-qayda yazmaq deyil: “Nazirlər Kabinetinin sərnişin və yükdaşıma ilə bağlı qanunları var. Qanunda işlər necə təşkil olunmalıdır. Lisenziya necə verilir və bunun üçün nə edilməlidir. Bütün bu məsələlər çox gözəl və incəliyilə yazılıb. Amma qanun ancaq yazı üstündə qalıb. Gedişhaqqıların kart rejiminə keçməsinə gəlincə, mütəxəssis bunun Bakıda bu nəqliyyat sistemi ilə qeyri-mümkün olduğunu deyir. Onun fikrincə, əngəl törədən amillər arasında ən birincisi ortalıqda qara maliyyənin dövr etməsidir: “Bu pullar sahibkarlar və nəzarət edənlər arasında bölünür. Əgər kart sisteminə keçid olarsa, bu pullar ortada qalacaq. Onların bölüşdürülməsində problemlər yaranır. Bu baxımdan maraqlar toqquşur”.
Qeyd edək ki, əgər kart sisteminə keçirilərsə, sahibkar məcbur olub normal sürücü işə götürəcək. Bu zaman da, peşəkar sürücüyə aylıq maaş verilməlidir. Daha sonra həmin sürücü sığorta olunmalıdır. Sürücüyə istirahət günləri və məzuniyyət verilməlidir. Üstəlik vergi və sair xərclər sahibkara böyük zərər verəcək. Bu da sahibkara maddi baxımdan xeyir vermir.
Avtobus sürücülərinin 50 faizi xidmətə yararsızdır. Mövcud problemlərdən biri də, avtobus sürücülərinin tibbi sığortadan keçməməsidir. Sürücülər yalnız pul verib, kağız üstə müayinə olunurlar. Ərşad Hüseynov deyir ki, əgər avtobus sürücüləri tibbi müayinədən həqiqətən də keçərlərsə, onların 50 faizi yararsız olacaq. “Heç bir sürücü tibbi baxışdan keçmir. Onlar sadəcə yolda dayanan həkimə pul verirlər. Sənədlərinə hər gün tibbi xidmətdən keçmələri barədə xüsusi qaloqram vurulur. Əslində hər bir sürücü səhər saatlarında tibbi nəzarətdən keçməlidir. Ondan sonra sərnişin daşıya bilər. Lakin indiyə qədər heç bir sürücü buna əməl etməyib. Sadəcə bir manat verərək sənədlərini qaydaya salırlar. Bu səbəbdən də, sürücülərin çxu psix və əsəbidirlər”, - deyə Ərşad Hüseynov bildirib. Nəqliyyat departamentində yeni sistemin yaradılmasına gəlincə, ekspert bunun da heç bir xeyir etməyəcəyini bildirir: “Yeni qanunlar da köhnələri kimi kağız üstündə qalacaq. Sadəcə kağız qalıqlarının sayı artacaq. Buna missal kimi intelektual idarəetmə sistemini göstərmək olar. 4 il bundan əvvəl intelektual sistem yaratdılar. Dövlət büdcəsindən böyük vəsait ayrıldı. Xeyri nə oldu? Nəsə bir yenilik görünmədi. Əksinə avtobusların fəaliyyətində biabırçılıqlar daha da qabarıq şəkildə görünməyə başladı”. Gediş haqqı artarsa avtobuslardakı biabırçılıq son həddə çatacaq. Nəqliyyat rəsmilərinin vurğuladığı gediş haqqıların az olması məsələsinə münaibət bildirərkən Ərşad Hüseynov bunun absurt fikir olduğunu deyir.
“Gedişhaqqılarının artırılması absurt bəhanədir. Çünki gedişhaqqı artırılacaqsa, o zaman avtomatik olaraq plan qalxacaq. Sürücü məcbur olacaq gündə 150 manat əvəzin 300 manat versin. Sahibkar da məcbur olacaq ki, himəyədarlarına verdiyi pulu ikiqat artırsın. Sürücü əvvəl 20 qəpiyi qovurdusa, indi başlayacaq 40 qəpiyi qovmağa. Bunun nə xeyri olacaq? Əksinə olan sürücüyə və sərnişinə olacaq. Sürücü daha çox əziyyət çəkəcək. Sərnişin isə həm daha çox əziyyət çəkəcək, həm də daha çox xərcə düşəcək”, - deyə Ərşad Hüseynov vurğulayıb. Çıxış yolu nədir? Ekspert çıxış yolunu yalnız bu sahədə tüğyan edən özbaşınalığa son qoymaqdır: “Çıxış yolu sahibkarlara xidmətin keyfiyyətini artıqmaq üçün şərait yaratmaqdır. Onlara vergidə güzəşt etmək, avtobusların alınmasında güzəştli kreditlər verilməsi və s. məsələlər sahibkarlara böyük kömək olar. Sahibkarların istəyini nəzərə almaqla marşurutların sxemində dəyişiklik etmək olar. Sahibkarları digər xərclərdən azad etmək olar. Həkim xidmətlərini, texniki baxımdan maşınların təmir olunmasını və s. xərclərdə sahibkarlara yardım etmək olar. İndiki kimi nəsə problem yarananda, sürücünü, yaxud sahibkarı cərimələməklə iş bitmir. Əksinə bu nəqliyyat sferasında rüşvətxorluğun güclənməsinə səbəb olur”.

 

Mənbə:ANS PRESS 

6 noyabr 2014
GO BACK