Qadin.NET / Bakıda sürpriz

Bakıda sürpriz

 

Bakıda sürpriz

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Dövlət Bayrağı günü münasibətilə bir neçə tədbir keçirəcək. İdarənin mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, noyabrın 8-də Musiqili Komediya Teatrında internat məktəbində təhsil alan uşaqlar üçün konsert təşkil olunacaq. Bundan başqa, noyabrın 9-da səhər saatlarında Dövlət Bayraq Meydanı vətəndaşların üzünə açılacaq. İdarədə “Mən azərbaycanlıyam!” adlı tədbir keçiriləcək. Tədbirdə saat 10:00-da respublikanın bütün güc strukturlarının əməkdaşalrı ilə birlikdə bayrağımız qaldırılacaq. Daha sorna Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə və geriyə veloyürüş keçiriləcək. Qeyd edək ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

 

Mənbə: ANS PRESS 

6 noyabr 2014
GO BACK