“Azərbaycan Hava Yolları” Bakı-İstanbul-Bakı istiqamətində aviabiletlərə endirim tətbiq edib. ANS PRESS-in məlumatına görə, aviaşirkətdən AzərTAc-a bildiriblər ki, sərnişinlər gediş-gəliş biletini 209 avroya əldə edə bilərlər. O cümlədən bir istiqamətdə yəni, Bakıdan İstanbula 150, geriyə isə 133 avroya bilet almaq olar.
Aksiya noyabrın 11-dən dekabrın 20-dək alınan biletlərə və həmin müddətdə həyata keçirilən uçuşlara şamil edilir.
Mənbə: ANS PRESS