Qadin.NET / Qarabağla bağlı yeni təklif

Qarabağla bağlı yeni təklif

 

Qarabağla bağlı yeni təklif

Rusiyanın İctimai Palatasının üzvü, politoloq Maksim Şevçenkonun fikrincə, Ermənistanın Gömrük İttifaqına daxil olması Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında böyük rola malik ola bilər. ANS PRESS-in məlumatına görə, rus politoloq bildirib ki, tərəflər münaqişənin həll edilməsi yolunda nailiyyət əldə etməsələr də, yayda baş verən atışmalardan sonra danışıqların davam etdirilməsinin özü də uğurdur. O həmçinin qeyd edib ki, əslində Ermənistanın Gömrük İttifaqına qəbul edilməsi Azərbaycan üçün də sərfəlidir. Maksim Şevçenkonun fikrincə bununla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi sürətlənə bilər. “Bundan başqa, bu, Azərbaycanın tranzit yollarının da qısalmasına imkan yaradacaq. Bu, indi uzaq gələcək olaraq görünsə də, irəliləyişin əldə olunmasında böyük addım olardı”, - deyə Maksim Şevçenko bildirib. Politoloq Dağlıq Qarabağ münaqişəsinin Avropa və ABŞ-ın köməyilə həll edilməyəcəyinə əminliyini də bildirib. Onun fikrincə, Qərb Cənubi Qafqazda təsir nöqtəsinin olması üçün münaqişənin həllinin uzadılmasında maraqlıdır. Bununla belə, ekspert Qarabağ münaqişənin İran və Türkiyənin iştirakı olmadan həll etməyin çətin olacağını da deyib.

 

Mənbə: ANS PRESS 

6 noyabr 2014
GO BACK