Qadin.NET / Sabah duman olacaq

Sabah duman olacaq

 

Sabah duman olacaq

Noyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Lənkəran-Astara zonasında isə havanın çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 12-16, dağlarda gecə 0-5 şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS 

6 noyabr 2014
GO BACK