Amerikalı rejissor-naturalist Pol Rozoli dünyada indiyədək kimsənin etmədiyini gerçəkləşdirəcək. O, könüllü olaraq özünü anakondaya yem edəcək.Discovery Channel telekanalında dekabrın 7-də nümayiş olunacaq "Diri-diri yeyilən" (Eaten Alive) sənədli filminin çəkilişləri üçün Braziliyaya, Amazon cəngəlliklərinə yollanmış 26 yaşlı Pol Rozoli ən böyük ilan sayılan anakondaların olduğu məkanda xüsusi kostyumda bu dəhşətli sürünənlə qarşılaşacaq.Milli.Az bildirir ki, əynindəki xüsusi kostyum vasitəsilə ilanın qarnında nəfəs ala biləcək Pol Rozoli bu ölümcül riskli tryukundan çəkinmir."İlanın diri-diri udacağı və ilanı içdən, daxildən çəkəcək ilk insan mən olacağam. Çox qəribə, ekstremal macəradır və buna hazırlaşıram", - Pol Rozoli deyib.İlanın diri-diri udacağı Pol anakondanın qarnında çəkilişlər aparandan sonra, yəni 4 dəqiqə keçəndən sonra sürünənin qarnını içəridən bıçaqla yararaq çölə çıxacaq.Pol Rozoli ABŞ-ın Nyu-Cersi ştatının sakinidir. "Amazon cəngəlliklərinin İndiana Consu" adlandırılan Pol indiyədək Hindistan, İndoneziya, Braziliya və Perunun təbiəti, yırtıcıları ilə bağlı bir neçə sənədli film çəkib.
Mənbə: Milli.Az