Qadin.NET / Pensiyada yeni sistem

Pensiyada yeni sistem

 

Pensiyada yeni sistem

"Pensiya məsələsi dünya iqtisadi sistemi ilə bağlı olduğu üçün, bu sahədə baş verən dəyişiklik bizə də müsbət təsirini göstərir. Azərbaycanın pensiya sistemi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Aparılan islahatların məqsədi elə budur. Ona görə, başlanan bu islahatı sona çatdırmaq lazımdır ki, gələcəkdə Azərbaycanda pensiya sistemi ilə bağlı əlavə problem yaranmasın."Bunu ANS PRESS-ə Milli Məclisin deputatı Vahid Əhmədov ölkə prezidenti tərəfindən təsdiqlənən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na münasibət bildirərkən söyləyib.O deyib ki, Azərbaycanda aparılan ciddi pensiya islahatları nəticəsində bu Konsepsiyada göstərilən problemlər həllini tapacaq. Parlament üzvü Konsepsiyanın mahiyyətindən danışaraq söyləyib ki, Azərbaycanda pensiya islahatına 2006-cı ildən başlanılıb, bu istiqamətdə müəyyən addımlar atılıb. Dövlət başçısı tərəfindən təsdiqlənən yeni sənəd 2014-2020-ci illər üzrə pensiyaların sığorta sisteminin inkişafını nəzərdə tutur. Yəni bu sistem gələcəkdə pensiyaya çıxanlar üçün daha faydalı olacaq. Onun sözlərinə görə, indi insanlar yavaş-yavaş pensiyaya çıxırlar. Təqaüdə çıxanlar sığorta yığımından müəyyən qədər istifadə edirlər, onların pensiyasının məbləği artır: "Bu sistem həm də pensiyaların məbləğinin artımı deməkdir. Pensiyaların sığorta hissəsinə ayrılan vəsait nə qədər çox olarsa, onların gəlirləri bir o qədər çox olar. Artım hər insanın özünün maaşından, onun sığorta yığımından asılıdır. Yəni, vətəndaşın sığorta yığımı nə qədər çox olarsa, o, təqaüdə çıxanda daha çox məbləğdə pensiya alacaq." 

 

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK