Qadin.NET / Zeynəb Xanlarova Nyu Yorkda

Zeynəb Xanlarova Nyu Yorkda

Zeynəb Xanlarova Nyu Yorkda
Azərbaycanın əfsanəvi sənətçilərindən olan xalq artisti Zeynəb Xanlarova ABŞ-da konsert verəcək. ANS PRESS-in məlumatına görə, konsert Nyu Yorkda baş tutacaq. Konsertin gələn ilin aprelində keçirilməsi planlaşdırılır. Məlumata görə, Z.Xanlarova ən son 2012-ci ildə Amerikada sevənləri ilə bir araya gəlib. Xalq artisti mart ayında isə Toronto və San Fransiskoda səhnəyə çıxacaq. Qeyd edək ki, sənətçi xaricdə öəlliklə də Amerikada yaşayan azərbaycanlılara tövsiyyələrdə verib. O, heç bir zaman təmsil etdikləri ölkənin mədəniyyəti, adət-ənənələrini unutmamağa çağırıb. "Harada olursanız olun öz dilinizi öyrənin. Böyüklərinizin sizin üçün etdiyi fədakarlığı unutmayın". Z.Xanlarova 1970-ci ildə Azərbaycandan Türkiyəyə gedən ilk sənətçi olub. 

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK