Qadin.NET / Kukla teatrı balacaları sevindirəcək

Kukla teatrı balacaları sevindirəcək

 

Kukla teatrı balacaları sevindirəcək

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Dövlət Bayrağı Günü münasibətilə “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri keçiriləcək.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın Təhsil Nazirliyi ilə birgə reallaşdıracağı aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək.Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadlarının ifasında azyaşlı tamaşaçılar əvvəlcə “Şahın xudpəsənd oğlu” tamaşasına, ardınca isə “Ucalsın bayrağımız” adlı konsertə tamaşa etməklə həm əylənəcək, həm də bu günlə bağlı məlumat alacaqlar.

 

Mənbə: ANS PRESS
6 noyabr 2014
GO BACK