Qadin.NET / Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray
Türkiyədə yeni tikilmiş və 1000 otağı olan təzə prezident sarayının xərcləri 615 milyon dollara çataraq ilkin smeta dəyərini ikiqat üstələyib.ANS PRESS-in məlumatına görə, Türkiyənin “Hurriyet” qəzeti bildirir ki, Maliyyə naziri Mehmət Şimşək prezident Rəcəp Tayyip Ərdoğana xidmət göstərən idarələrin yerləşdiyi sarayın tikintisinə 1.37 milyard türk lirəsi ($615 mln) xərcləndiyini deyib.Onun təbirincə, bu xərçin böyük hissəsi artıq ödənib, qalan 135 milyon dollar isə 2015-ci ilin büdcə xərclərində nəzərdə tutulacaq.Sarayın tikintisində mərmər kimi bahalı tikinti materiallarından geninə-boluna istifadə olunub. Bundan əlavə kommunikasiya xətləri quraşdırılarkən elektron kəşfiyyat müdaxilələrindən qorunmaq üçün ən müasir və bahalı yüksək texnologiyalardan istifadə olunub.Ətraf mühit müdafiəçiləri isə Rəcəb Tayyib Ərdoğanı bədxərclikdə və yaşıllığa ziyan vurmaqda ittiham edir. “Hurriyet” qəzeti saray layihəsinin ziddiyyətli olduğunu qeyd edərək tikintinin gedişində ərazidə yüzlərlə ağacın kəsildiyinə diqqəti çəkib.Lakin iqamətgah tikintiyə xərclənən pullardan əlavə iddia olunan zövqsüz görünüşü ilə də gündəmdədir. Türkiyə Memarlar palatası Ankara şöbəsinin sədri Tezcan Karakuş Candan yeni prezident iqamətgahı barədə qalmaqallı açıqlama verib. O, prezident iqamətgahını ayaqyolu ilə müqayisə edib. 
“Prezident təyyarəyə və ya helikopterə minib qaçaq sarayına yuxarıdan baxacağı təqdirdə memari formanın alaturka tualet daşına oxşasdığını görəcək”- deyə memar bildirib. Qeyd edək ki, Türkiyə Cümhuriyyətində 1924-cü ildən 2014-cü ilin avqust ayına qədər ölkə prezidentlərinin rəsmi iqamətgahı “Çankaya köşkü” olub. Bu il avqust ayında Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra ölkə başçısının rəsmi iqamətgahı “Çankaya” köşkündən “Ak Saray” adlı yeni binaya köçürülb. Ağ Saray paytaxt Ankaranın kənarında, meşəli təpəlikdə yerləşir. Saray kompleksinin ümumi sahəsi 150,000 kvadrat metrə yaxındır. Ankaradakı prezident sarayı sahəsinə görə Vaşinqtondakı Ağ Evi, Moskvadakı Kremli, Parisdəki Versal sarayını üstələyir.
“Çankaya köşkü” isə hazırda baş nazirin rəsmi iqamətgahıdır. 
Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Ağ ev və Kremli üstələyən saray

Mənbə: ANS PRESS

6 noyabr 2014
GO BACK