Qadin.NET / Həkimlər 8 nəfəri Ebola virusuna yoluxdurdu

Həkimlər 8 nəfəri Ebola virusuna yoluxdurdu

 

Həkimlər 8 nəfəri Ebola virusuna yoluxdurdu

İsveçrədə Ebola ilə mübarizədə yeni peyvənd sınaqdan keçirilib.ANS PRESS-in məlumatına görə, Lozanna şəhərində yerləşən CHUV Universitetinin klinikasında Darçi Kristen verdiyi açıqlamada bildirib ki, ebola peyvəndləri 8 könüllü üzərində sınaqdan çıxarılıb. Peyvəndin nəticələri 14 günə məlum olacaq.Xəstəxanaya könüllü olaraq 120 adamın müraciət etdiyini ifadə edən Kristen onlara dəyişik dozalarda Ebola peyvəndinin ediləcəyini və müəyyən bir müddət nəzarət altında saxlanılacağını deyib. Bu adamların vəziyyətlərinə görə, peyvənd haqqında məlumat əldə ediləcək və araşdırmalar davam edəcək.
Mənbə: ANS PRESS

 

6 noyabr 2014
GO BACK