Qadin.NET / Belə bir ənənə var ki, yeni doğulan uşağın...

Belə bir ənənə var ki, yeni doğulan uşağın...

 

Belə bir ənənə var ki, yeni doğulan uşağın çiləsinin çıxmasını gözləyirlər. Bunun dini əsası varmı? 
Xalq içində belə bir inam var ki, yeni doğulan uşağın 40 gün çiləsinin çıxmasını gözləyirlər. Bu müddət ərzində uşağın yanına ev adamlarından başqa heç kimi buraxmırlar. Zahı qadının da 40 gün çiləli olduğunu düşünürlər. 
Milli.Az islam.az-a istinadən bildirir ki, ümumiyyətlə, çilə - fars dilində “çehel”, yəni “40” sözündən götürülüb. Bu, yalnız xalq adətidir, bunun heç bir dini əsası yoxdur. Ola bilər ki, çilə ənənəsinin səbəbi yeni doğulan uşağın yoluxucu xəstəliklərə, infeksiyalara tutulmasının qarşısını almaq, həmçinin zahi qadının doğuşdan sonrakı yorğunluğu və psixoloji stresi atmasına şərait yaratmaq üçündür.
Mənbə: Milli.Az

 

5 noyabr 2014
GO BACK