Qadin.NET / Mühəndislərə böyük şans

Mühəndislərə böyük şans

Mühəndislərə böyük şans
Bu gün Bakıda Yüksək Texnologiyalar Parkında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi ikinci qrant müsabiqəsinə həsr olunmuş infosessiya keçirilib.ANS PRESS-in məlumatına görə, tədbirdə çıxış edən fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, fond tərəfindən elan olunan 1-ci qrant müsabiqəsi başa çatıb və qalib layihələr icra edilir.O deyib ki, 1-ci müsabiqə çərçivəsində fonda 194 layihə daxil olub. Layihələrdən 95-i fiziki şəxs, 99-u isə hüquqi şəxslər tərəfindən təqdim olunub. Fondun Müşahidə Şurası təqdim olunan layihələrdən 31-nin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib. Müsabiqəyə təqdim olunan layihələrin rəhbərlərinin 173-ü kişi, 21-i isə qadındır. Ən gənc layihə rəhbərinin yaşı 18, ən yaşlı layihə rəhbərinin yaşı isə 67-dir.E. Zeynalov həmçinin qeyd edib ki, fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması mövzusu üzrə 2-ci qrant müsabiqəsi elan edib. Həmçinin layihələrin qəbulu ilə bağlı prosedurun sadələşdirilməsi ilə bağlı qərar da qəbul edilib. Qrant müsabiqəsində layihələr yalnız fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn təqdim edilə bilər. Müsabiqədə iştirak etmək üçün layihələrin qəbulu noyabrın 15-dək davam edəcək.Tədbir çərçivəsində "Buta CMS", "Hipassenger", "Socset" layihələrinin təqdimatları keçirilib.Sonda fond rəhbərliyi layihə müəlliflərinin, jurnalistlərin suallarını cavablandırıb.

Mənbə: ANS PRESS

5 noyabr 2014
GO BACK