Qadin.NET / Kişilər doğuş sancısı çəkdi

Kişilər doğuş sancısı çəkdi

Kişilər doğuş sancısı çəkdi
Kişilər qadınların doğuş zamanı çəkdikləri ağrı-acını hiss edəcəklər. Belə ki, Çinin Tszinan şəhərindəki doğum evində könüllü kişilər doğuş ağrısı çəkiblər. "Analara təşəkkür- doğuş ağrısı" adlı aksiya tibbi personalın nəzarəti altında həyata keçirilib. Könüllülərdən çox hamilə qadınların həyat yoldaşları olublar. Doğuş sancıları effekti üçün texniki avadanlıqlardan istifadə edilib. Bu elektroşoklar əzələlərdə stimulyator effekti yaradıb.Qadınların saatlarla ağrı çəkməsindən fərqli olaraq kişilər bu ağrıya cəmi 30 saniyə məruz qalıblar. Kişilərdən bəziləri bu aksiyada özlərinə maraqlı olduqları üçün iştirak etsələr də, bəzilərini həyat yoldaşları buna vadar edib. Doğuş ağrısı çəkən kişilər "bu mənim üçün çox ağır oldu. Buna uzun müddət dözmək olmaz", deyə təəsüratlarını bölüşüblər. Qeyd edək ki, kişilər daha öncədə bənzər təcrübəni üzərlərində sınaqdan keçiriblər. 

Mənbə: ANS PRESS

5 noyabr 2014
GO BACK