Qadin.NET / Oğuzda qeyri-adi təbiət hadisəsi

Oğuzda qeyri-adi təbiət hadisəsi

 

Oğuzda qeyri-adi təbiət hadisəsi baş verib. Milli.Az Kanal S-ə istinadən bildirir ki, Oğuz-Şəki magistral yolunun kənarında, Oğuzun Bayan kəndi ərazisində alma ağacı çiçək açıb və ikinci dəfə bar gətirməyə hazırlaşır. Bu təbiət hadisəsi kənd sakinlərinin, eləcə də magistral yoldan istifadə edənlərin marağına səbəb olub. Kənd ağsaqqalları bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Kənd sakinlərinin sözlərinə görə, belə hallar kənddə çox baş verib, hazırda da bir neçə heyətyanı sahələr var ki, ağaclar ikinci dəfə çiçəkləyib.

Mənbə: Milli.Az

 

5 noyabr 2014
GO BACK