Qadin.NET / İnternat uşaqları üçün tədbir olacaq

İnternat uşaqları üçün tədbir olacaq

 

İnternat uşaqları üçün tədbir olacaq


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçiriləcək. 
Teatrın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri noyabrın 6-da, saat 15.00-da reallaşacaq. Teatrın Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə reallaşdıracağı aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək. Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadlarının ifasında azyaşlı tamaşaçılar ilk olaraq “Şahın xudpəsənd oğlu” (müəllif Səidə Haqverdiyeva, rejissor Cəmilə Allahverdiyeva) adlı tamaşaya, ardınca isə “Ucalsın bayrağımız” adlı konsertə tamaşa etməklə həm əylənəcək, həm də bu xüsusi təqvimlə əlaqəli məlumat almış olacaqlar.

 

Mənbə: ANS PRESS 

5 noyabr 2014
GO BACK