Qadin.NET / Hava isinir

Hava isinir

 

Hava isinir

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 3-6, gündüz 9-14 dərəcə isti olacaq. Rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskin olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 1-6 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 Mənbə: ANS PRESS 

5 noyabr 2014
GO BACK