Qadin.NET / Moskvanın mərkəzində Azərbaycan rayonu

Moskvanın mərkəzində Azərbaycan rayonu

Moskvanın mərkəzində Azərbaycan rayonu
Azərbaycanın xaricdəki ən böyük diasporu şimal qonşumuz Rusiyadadır. Bunu hamı bilir. Amma az adam Moskvanın mərkəzində azərbaycanlıların rayonu kimi tanınan səmtin olduğundan xəbərsizdir.ANS PRESS-in Rusiya müxbirinin məlumatına görə, bu səmtdə yaşayanların əksəriyyəti ziyalılardır. Rusiya paytaxtının mərkəzindəki bu küçə görkəmli şair Səməd Vurğunun adını daşıyır. Buradan Kremlə 5-6 km məsafə var. Sovet dönəmindən bəri moskvalılar buranı azərbaycanlılar rayonu kimi tanıyırlar. Burada yaşayan azərbaycanlıların əksəriyyəti ticarətlə yox, elm və mədəniyyətlə məşğuldur. Səməd Vurğun küçəsi öz sakitliyi və abadlığı ilə Moskvanın digər küçələrindən çox seçilmir. Buradakı süni gölməçə artıq buz bağlayıb. Lakin bu moskvalıların bu küçədəki parkda dincəlməsinə mane olur. Gölməçənin yanında Bakı adını daşıyan kinoteatr və restoran sanki soyuq Moskva iqlimini bir az da olsa yumşaltmağa çalışır. Restoran bura gələn qonaqlara milli Azərbaycan yeməklərini təklif edir. Küçə sakinlərinin sözlərinə görə, bura azərbaycanlıların özlərini çox rahat hiss etdikləri rayonlardan biridir. Moskvanın çox yerlərində ruslar digər xalqlara pis baxdıqları və tez-tez milli zəmində münaqişələr yaşansa da, Səməd Vurğun küçəsində belə bir problem yoxdur. Çünki buradakı evlərin əksəriyyəti 1960-cı illərdə elm və mədəniyyət ittifaqlarının əməkdaşlarına verilib. Küçə sakini olan aktyor Edqard Naxmedovun sözlərinə görə, bu rayonda həmişə aərbaycanlılar yaşayıb. "70-ci illərdə Bakı kinoteatrı açıldı. O zamandan bəri biz həmişə burada toplaşıb söhbət edirik. Burda tək çatışmayan məsciddir. Bir məscid də olsaydı Qurban və digər bayramları qeyd edərdik". Bu rayonda diqqət çəkən başqa bir məqam isə Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən açılan Azərbaycan dili və milli rəqs kurslarıdır. Qeyd edək ki, bir müddət öncə Moskva meriyası tərəfindən Bakı kinoteatrı ətrafındakı əlavə tikililər sökülməyə başlanılıb. Lakin Azərbaycan diasporunun etirazları nəticəsində buna son verilib. 

Mənbə: ANS PRESS

5 noyabr 2014
GO BACK