Qadin.NET / Bakının mərkəzində flaşmob

Bakının mərkəzində flaşmob

 

Bakının mərkəzində flaşmob

Bakı daha bir maraqlı flaşmoba ev sahibliyi etdi. Belə ki, şənbə günü paytaxtın mərkəzində gözlənilmədən Çarli Çaplin peyda olub. Flaşmob paytaxtın "Torqovı" meydanı kimi tanınan Nizami küçəsində olub. Belə ki, insanların çox olduğu zaman küçənin mərkəzində Çarli Çaplin geyimində bir gənc peyda olub. Daha sonra isə ona başqa gənclər qoşulub. 
Flaşmobda onlarla gənc iştirak edib. Gənclər musiqi sədaları altında sinxron rəqs etdiyi etdikdən sonra sürətlə dağılışıblar. "Chaplin Foxy Flashmob" həm şəhər sakinləri, həm də qonaqların böyük marağına səbəb olub. Qeyd edək ki, paytaxt Bakıda müntəzəm olaraq belə aksiyalar keçirilir.

 

Mənbə: ANS PRESS

5 noyabr 2014
GO BACK