Putinin sağ əli müsəlman oldu
Avrasiya İttifaqı ideyasının banilərindən biri, Vladimir Putinin yaxını, Rusiya Federasiyasının İctimai Palatasının üzvü Maksim Şevçenko islamı qəbul edib. ANS PRESS-in məlumatına görə, bu barədə “Youtube” kanalında yerləşdirilmiş videoçarxdan aydın olur. İki il qabaq Dağıstanda çəkilmiş videoda Maksim Şevçenkonun müsəlmanlarla görüşü təsvir edilib. “Həqiqət və ədalət uğrunda tökülmüş hər damla qan böyüyərək daha böyük həqiqətə və ədalətə çevrilir. Allahu Əkbər”, - deyə Maksim Şevçenko bildirib. Görüşdə onunla birlikdə Rusiyada yaşayan tanınmış azərbaycanlı ilahiyyatçı Heydər Camal da olub.
Mənbə: ANS PRESS
5 noyabr 2014
GO BACK