Azərbaycanlılar Ancelina Colinin müraciətinə qoşuldu
Azərbaycanın bir sıra QHT rəhbərləri və tanınmış hüquqşünasları BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Qutereş adından yayılmış açıq müraciətə qoşulublar. Antonio Quterreş, təşkilatın xüsusi elçisi Ancelina Coli və 20-dən artıq məşhur insan və dünyanın fikir liderləri "Açıq məktub" dərc edərək BMT QAK-ın “On il ərzində vətəndaşsızlığa son qoyulması” kampaniyasına qoşulduqlarını bəyan ediblər. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən ANS PRESS-ə verilən məlumata görə, bu gün dünyada on milyondan artıq insana onların heç bir yerə mənsub olmadığı deyilib. Onlara “vətəndaşlığı olmayan şəxs” deyilir. Onlara vətəndaşlıq verilməsindən imtina olunub. "Bununla da onlar əsas hüquqlardan məhrum olmuşlar. Vətəndaşsızlıq təhsilsiz, tibbi qayğısız, yaxud qanuni işədüzəlmə olmadan yaşanan bir həyat anlamına gələ bilər. Bu azad hərəkət etmə qabiliyyətinin, perspektivin yaxud ümidin olmadığı bir həyat anlamına gələ bilər. Vətəndaşsızlıq qeyri-insanidir. İnsanların vətəndaşsızlıq vəziyyətinə düşməsinin əsas səbəbi ayrıseçkilikdir. Onların etnik mənsubiyyətinə dini mənsubiyyətinə, bəzi ölkələrdə qadınların öz vətəndaşlıqlarını uşaqlarına ötürə bilməməsinə görə. Biz inanırıq ki, bu ədalətsizliyə son qoymanın vaxtıdır. Kifayət qədər cəsarət olarsa, bunun mümkün olduğunu bilirik. Hökumətlər qanunları və prosedurları dəyişə və vətəndaşlığı olmayan şəxslərə hüquqlar və mənsub olmaq üçün yer verə bilərlər. On il ərzində biz hər bir kəsin vətəndaşlığı olduğuna əmin ola bilərik. Çünki əgər biz bunu etməsək bu ədalətsizlik daha da acınacaqlı hal alacaq. Hər on dəqiqədə bir vətəndaşlığı olmayan uşaq doğulur. Siz bu məktubu oxuyub qurtarana kimi başqa bir şəxs vətəndaşlığı olmadan həyata başlamış ola bilər. Biz öz səsimizi eşitdirməyə hazırıq. Biz inanırıq ki, mövqeyimizdə dayansaq digərləri də bizə qoşulacaqlar. Əgər bu mövqedə sayımız kifayət qədər olsa biz bu qeyri-insaniliyə son qoyacağıq. Məhz bu səbəbdən biz BMT QAK-ın “On il ərzində vətəndaşsızlığa son qoyulması” kampaniyasına qoşuluruq. 60 il əvvəl dünya ölkələri vətəndaşlığı olmayan şəxslərin himayəsi barədə razılığa gəldilər. İndi isə vətəndaşsızlığın özünün aradan qaldırılması zamanıdır."
Mənbə: ANS PRESS
5 noyabr 2014
GO BACK