Qadin.NET / Ebola barədə nikbin xəbərlər

Ebola barədə nikbin xəbərlər

[center]Ebola barədə nikbin xəbərlər[/center]İsveçrənin xəstəxanalarından birində eksperimental Ebola peyvəndinin sınaqlarına başlanılıb. Sınaq mərhələsində olan tibbi preparat Britaniyanın “Qlakso Smis Klayn” şirkəti tərəfindən hazırlanıb. Lozana Universitet xəstəxanasında ilkin mərhələdə 120 sağlam könüllüyə inyeksiya üsulu ilə peyvənd yeridilib. Sınaqlarda iştirak etmək üçün 400 könüllü qeydiyyatdan keçsə də sınaq üçün sadəcə 120 nəfər püşk yolu ilə seçilib. Onların arasında 36 yaşlı həkim də var. Tinaya görə, sınaqlar hər zaman “naməlum” risklərdən ibarət olsa da, təhlükəsiz peyvəndin yaradılması üçün belə riskə getməyə dəyər. Qeyd edək ki, oşxar sınaqlar, bundan başqa Mali, Britaniya və ABŞ-da yerinə yetirilir. Hər 4 ölkədəki sınaqların yekunları dekabr ayına kimi elan olunacaq. Bu növ vaksinasiyanın uğurlu olduğu təsdiqlənərsə artıq Ebola xəstələrinə ilin sonuna kimi bu peyvənd vurulacaq. Bu arada Ebola virusunun öncəbhəsi sayılan Qərbi Afrikadan 13 min kilometr uzaqda, Çinin Şandonq vilayətində Ebolaya yoluxmuş xəstələrin müayinə-müalicəsi və daşınması zamanı vacib olan təhlükəsizlik kostyumun kütləvi istehsalı başlayıb. İstehsalçı zavodun meneceri Vanq Tsimin buraxılmış minlərlə sarı kostyumdan birini özü üzərində sınayıb. Kostyumlar Qərbi Afikadakı tibbi personal və könüllər üçün yollanacaq. Belə kostyumların hazırlanması son dərəcə dəqiq və etibarlı olmalıdır. Ən xırda defect, məsələn dəlik və ya parçanın keyfiyyətsiz olması ölümlə nəticələnə bildiyindən, hər belə təhlükəsizlik kostyumu xüsusi qayda ilə hazırlanır. Çin zavodu polietilen qoruyucu qatdan ibarət 0.26 mm qalınlıqlı kostyumları Amerikanın Leyklənd İndastris şirkətinin sifarişi və verdiyi dizayn əsasında hazırlayır. Xüsusi material bioloji təhlükədən başqa kimyəvi maddələrin və ya zəhərli qazların orqanizmə daxil olmasına imkan vermir. Bu arada BMT-nin Ebolaya qarşı Təcili Reaksiya missiyasının başçısı Entoni Bənbari nikbin xəbərlə çıxış edərək, ölümcül virusa yoluxma halına qarşı mübarizədə böyük irəliləyişlərin əldə olunduğunu, hazırda yoluxma və bu xəstəlikdən ölüm tezliyinin xeyli aşağı düşdüyünü diqqətə çatdırıb. Habelə Bənbari epidemiyanın qarşını almaq üçün daha böyük beynəlxalq yardım ehtiyac olduğunu söyləyib.

Mənbə: ANS PRESS

5 noyabr 2014
GO BACK