Qadin.NET / "Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda

"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda

 

"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda

Çempionlar Liqasında IV tura start verilib.ANS PRESS-in məlumatına görə, bu gecə qitə arenalarında 8 qarşılaşma baş tutub.A qrupunda "Atletiko" səfərdə "Malmö"nü 2:0 hesabı ilə yenərək liderliyini möhkəmləndirib. "Yuventus" isə "Olimpiakos" üzərində çətin qələbə qazanaraq (3:2) ikinci pilləni ələ keçirib. B qrupunda turnirin maksimum nəticə qazanan 3 komandasından biri və son qalibi olan "Real" "Liverpul"u qəbul edib. "Kral Klubu" doğma meydanda uğurlu seriyanı davam etdirərək qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna Kərim Benzema imza atıb. Bununla da "Real" vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında "Bezel" "Ludoqorets"i darmadağın edib - 4:0.C qrupunda "Zenit" lider "Bayer"i qəbul edib və 1:2 hesabı ilə yenilib. Qrupun digər matçında "Benfika" "Monako"nu 1:0 hesabı ilə məğlub edib.Azərbaycanda və türk dünyasında hər kəsin diqqəti D qrupuna yönəlib. Bu qrupda çıxış edən "Qalatasaray" Dortmund "Borussiya"sının qonağı olub. "Anderlext"lə oyunda bir xal qazanan, "Arsenal" və "Borussiya"ya böyükhesabla yenilən "Cim-Bom" almanlara ikinci matçda da uduzub - 1:4. Bununla da "Qalatasaray" 1/8 finala vəsiqə qazanmaq şansını itirib. "Borussiya" isə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.Qrupun digər matçında "Arsenal" "Anderlext"i qəbul edib. 3:0 hesablı üstünlük əldə edən London klubu sonradan 3 qol buraxıb və meydanı 1 xalla tərk edib.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur, 4 noyabr
A qrupu
23.45 Yuventus (İtaliya) - Olimpiakos (Yunanıstan) 3:2
Qollar: Andrea Pirlo, 21. Roberto, 65 (avtoqol). Paul Poqba, 65 - Alberto Botia, 24. Delvin N`Dinqa, 61.
23.45 Malmö (İsveç) - Atletiko (İspaniya) 0:2
Qollar: Koke, 30. Raul Qarsiya, 78.

 

B qrupu
23.45 Real (İspaniya) - Liverpul (İngiltərə) 1:0
Qol: Kərim Benzema, 27.

23.45 Bazel (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 4:0
Qollar: Tomaş Vaçlik, 34. Derlis Qonzales, 41. Şkelzen Qaşi, 59. Marek Suşi, 65.

Mənbə: ANS PRESS

5 noyabr 2014
GO BACK