Qadin.NET / Piyada keçidlərindən niyə istifadə olunmur?

Piyada keçidlərindən niyə istifadə olunmur?

 

Piyadalar keçidlərdən istifadə etməmələrini əlavə vaxt itkisi hesab etsə də, onlar bu yoldan keçməklə həm öz, həm də başqalarının həyatını qoruyacaqlarının fərqində deyillər
Son günlər avtomobil yollarında piyadaların xəsarət alması və ya ölümü ilə nəticələnən qəzalar tez-tez qeydə alınır. Belə bədbəxt hadisələr piyada keçidlərindən istifadə məsələsini gündəmə gətirir. Əgər əvvəllər piyada keçidlərinə yalnız paytaxtda rast gəlmək olurdusa, hazırda bölgələrdə də nəqliyyatın intensiv hərəkət etdiyi yerlərdə yeraltı və yerüstü piyada keçidləri inşa edilib. Belə keçidlərdən biri də Qubanın Heydər Əliyev prospektində yerləşir. Avtomobillər sıxlıq təşkil etsə də, bu yolda sakinlər keçiddən, demək olar ki, istifadə etmir. Səbəblər isə müxtəlifdir.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xaçmazda isə piyada keçidlərini sayı 4-dür. Amma buna baxmayaraq sakinlər yolu müəyyən olunmayan yerdən kəçməyə üstünlük verirlər. Səbəb kimi isə keçidin uzaq və ya hündür olmasını göstərirlər. Xatırladaq ki, piyadalar yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Bu maddənin 1-1-ci bəndinə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat miqdarında cərimə edilir.
Mənbə: Milli.Az

 

5 noyabr 2014
GO BACK