Azərbaycanda fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib, lakin bu onların mövqelərinə təsir göstərməyib. Milli.Az İCTnews-a istinadən bildirir ki, son bir ay ərzində “Bakinternet” dövlət internet provayderinin bazar payı 1,7% azalaraq 16,9 % təşkil edib, “Uninet”in payı cüzi artaraq 15,07% olub, “Aztelekom”un isə 12,8 % təşkil edib. “Azeronline”ın bazar payı artaraq 11%, “Dataplus” şirkətinin bazar payı 6,9%, “Connect” şirkətinin bazar payı 5,4%, “Azqtel”in payı iki dəfə artaraq 4,7% təşkil edib.
Onların ardınca 3,8% bazar payı ilə “Ultel”, 4,5% “Castel”, 3,2% “Adanet”, 3,37% “Azstarnet”, 2,7 “Smart”, 1,8% “Avirtel”, 1,6% “Azeurotel”, 1,4% “Nakhchivan” qərarlaşıblar.Digər provayderlər bazarda çox kiçik - 1%-dək paya malikdirlər.Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Mənbə: Mili.Az