İraqda Aşura mərasimləri keçirilən yerlərə hücumlar təşkil edilib. ANS PRESS-in məlumatına görə, ötən gün axşam saatlarında İraqın paytaxtı Bağdadda qumbaraatanlardan açılan atəşlərdə 9 nəfər ölüb, 32 nəfər isə yaralanıb. Təhlükəsizlik mənbələrindən bildirilib ki, Kazımiyyə bölgəsində şiələrin Hz.Hüseynin və 72 dəstə yoldaşının şəhid düşməsini anmaq məqsədi ilə təşkil etdiyi “Aşura mərasimi” zamanı qumbaraatanlardan açılan atəş nəticəsində 1 polis nəfəri ölüb, 7 polis isə yaralanıb. Bundan başqa, Bağdadın Əl-Qriat, Suleyh və Tunis səmtlərində də hücumlar təşkil edilib. Burada isə 8 nəfər ölüb, 23 nəfər ağır xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hücumun hələ ki, kimlər tərəfindən həyata keçirildiyi bilinmir.
Mənbə: Milli.Az