İtaliyada WKA versiyasında Kikboksinq üzrə dünya çempionatı (Unified World Championships) keçirilib.ANS PRESS-in məlumatına görə, turnirdə dəfələlərlə xarici ölkələrdə bayrağımızı dalğalandırmış ən titullu idmançı adını daşıyan Eduard Məmmədov təmsil edib.Kikboks üzrə 60 kq çəki dərəcəsində döyüşən idmançı karyerası ərzində 20-ci dəfə dünya çempionu adını qazanıb. Qeyd edək ki, braziliyalı, ispan və finalda ukraynalı rəqiblərinə qalib gəlməyi bacaran Məmmədov “lou-kik” (low-kick) stilində mübarizə aparıb.
Mənbə: Milli.Az