Nyu-Yorkda 2001-ci ildə 11 sentyabr terror hücumlarının baş verməsindən 13 il sonra yeni inşa edilmiş Dünya Ticarət Mərkəzinin açılışı olub.ANS PRESS-in məlumatına görə, onun inşasına 3,9 milyard dollar sərf edilib.Manhettendə ucaldılan 541 metr hündürlüyü olan göydələn Şimali Amerikada ən yüksək binadır. Göydələn bir zamanlar Dünya Ticarət Mərkəzinin qoşa binalarının durduğu yerdə ucaldılıb.Yeni Ticarət Mərkəzində Conde Nast nəşriyyat evi, hökumətin ümumi xidmətlər idarəsinin ofisləri və Çin Mərkəzi yerləşəcək. Bundan başqa, Dünya Ticarət Mərkəzinin binasında müxtəlif sığorta, investisiya və əyləncə şirkətləri də ofisləri üçün icarəyə yer götürəcək.Qeyd edək ki, Dünya Ticarət Mərkəzinin qoşa göydələnləri 2001-ci ildə Əl-Qaidə terrorçularının qaçırdıqları iki təyyarəni binalara vurması nəticəsində dağılmışdı. Binaların dağılması nəticəsində 2 min 700-dən çox insan həyatını itirmişdi.
Mənbə: ANS PRESS